Close Menu
    What's Hot

    Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

    24 İyun 2026

    24 İyun 2026

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”

    23 İyun 2026
    Trending
    • Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
    • Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev:“19 il geridə qaldı, indi isə yeni mərhələ başlayır”
    • Azərbaycanda “smart büdcələr” dövrü. Niyə bizneslər artıq sadəcə like sayına inanmır və rəqəmsal marketinqdən nə gözləmək lazımdır?
    • Taleh Kazımov: “Sudanla pul siyasəti və maliyyə texnologiyaları sahəsində əməkdaşlığı gücləndiririk”
    • Mikayıl Cabbarov: “Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir”
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

      24 İyun 2026
      Recent

      Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

      24 İyun 2026

      24 İyun 2026

      Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”

      23 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026
      Recent

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026

      Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

      17 İyun 2026

      “Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

      16 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Mərkəzi Bank faiz qərarını açıqlayıb
    Bank

    Mərkəzi Bank faiz qərarını açıqlayıb

    10 Sentyabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.

    GDP xəbər verir ki, Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir ki, qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.

    Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.1% təşkil edib. İllik baza inflyasiya isə 4.6% olub.

    Beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır. Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda əhəmiyyətli olmayıb.Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0.7%, o cümlədən ərzaq qiymətləri indeksi 3.3% azalıb. BVF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb.

    Cari ilin ötən dövründə həm nağd, həm də qeyri-nağd seqmentləri əhatə etməklə valyuta bazarında ümumi təklif tələbi üstələmişdir. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29.3%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 mlrd. ABŞ dolları məbləğində və ya ÜDM-in 6.3%-i səviyyəsində müsbət saldo qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 7 ayında da xarici ticarət balansının müsbət saldosu 1.6 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

    Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edib, AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq tarixi minimuma enib. AZIR indeksinin orta günlük səviyyəsi iyulda 7.15%, avqustda 6.97%, sentyabrın ötən dövründə isə 6.98% olub. Ötən iclasdan bəri AZIR indeksi ilə yanaşı gəlirlik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib.

    Eyni zamanda fiziki şəxslərin manatla depozitləri üzrə faizlərdə azalmalar qeydə alınıb. 

    Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə Mərkəzi Bank 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 8 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin sayı 19% artıb.

    Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam edir. Bu şəraitdə idxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur. Bu amil isə ticarət tərəfdaşlarında inflyasiyadan və nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Cari ilin sonunadək məcmu tələbin dinamikası başlıca olaraq dövlət xərclərinin icrasından asılı olacaqdır. 2025-ci ilin sonuna kredit qoyuluşlarının illik artım tempinin 2024-cü illə müqayisədə aşağı olacağı gözlənilir.

    Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın dəyişimi, oktyabrda yenilənəcək makroiqtisadi proqnozlar, eyni zamanda xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Proqnozlar yenilənərkən 2025-ci ilin qalan dövrü və 2026-cı il üzrə dövlət xərclərinin gözlənilən dinamikası da nəzərə alınacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir.

    Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il oktyabr ayının 22-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

    24 İyun 2026

    24 İyun 2026

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”

    23 İyun 2026

    “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev:“19 il geridə qaldı, indi isə yeni mərhələ başlayır”

    18 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.