Trampın planına əsasən, 2029-cu ilin aprelindən başlayaraq ABŞ-dan ixrac olunan maye təbii qazın (LNG) 1%-i Amerika gəmiçiliyi ilə daşınmalıdır. Bu göstərici 2047-ci ilə qədər 15%-ə qədər artırılacaq. Bu təşəbbüs ABŞ-ın LNG istehsalçıları arasında ciddi narahatlıq yaradıb.
GDP xəbər verir ki, Reuters-in məlumatına görə, hazırda Amerika enerji şirkətləri Tramp administrasiyası tərəfindən tətbiq olunan yeni qaydalardan – LNG-nin tədricən ölkədə istehsal olunan gəmilərlə daşınması tələbindən – azad edilməyə çalışırlar.
Dünya üzrə LNG ixracatında lider olan ABŞ, illik 34 milyard ABŞ dolları dəyərində ixrac həcmi ilə bu tədbirləri gəmiqayırma sənayesinin dirçəldilməsi üçün daha geniş bir strategiyanın tərkib hissəsi kimi qiymətləndirir. Plan çərçivəsində 2029-cu ilin aprelindən LNG ixracının 1%-i ABŞ istehsalı olan gəmilərlə daşınmalı, bu rəqəm isə 2047-ci ilə qədər 15%-ə çatdırılmalıdır.