Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti İsveçrə Milli Bankına (İMB) işgüzar səfər edib.
GDp xəbər verir ki, Səfər çərçivəsində AMB nümayəndələri İMB tərəfindən təşkil olunmuş, risklərin idarə olunması mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirdə Mərkəzi Asiya ölkələrinin mərkəzi banklarından da nümayəndələr iştirak edib.
Tədbirin əsas məqsədi risklərin idarə olunması sahəsində qabaqcıl beynəlxalq təcrübələrin müzakirəsi, öyrənilməsi və maliyyə institutları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.
Tədbirdə çıxış edən AMB-nin Risklərin İdarə Edilməsi Departamentinin direktoru Məhəmməd Məhərrəmli təqdimatla çıxış edərək, Azərbaycan Mərkəzi Bankının risklərin idarə edilməsi sahəsindəki öz təcrübəsindən və bu sahədəki müasir çağırışlardan bəhs edib.
Bu səfər və iştirak, AMB-nin beynəlxalq təcrübə mübadiləsinə və maliyyə sabitliyinin gücləndirilməsinə verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir.