Bakı Fintex Forum 2025-də çıxış edən Mərkəzi Bank sədrinin müavini Vüsal Xəlilov, son iki ildə siyasət və nəzarət prizmasından nəzər yetirdikdə, Azərbaycanda artıq 18 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 2 operator fəaliyyət göstərdiyini bildirib.
O, həmçinin qeyd edib ki, bu il ərzində lisenziyalaşdırılmış təşkilatların cəmi dövriyyəsi 38.8 milyard manatı keçib. Vüsal Xəlilov bu rəqəmin böyük bir göstərici olduğunu və gələcəkdə daha da artacağına inandığını vurğulayıb.