Close Menu
    What's Hot

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

    10 Sentyabr 2026

    Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

    10 Sentyabr 2026
    Trending
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    • Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb
    • Avto-icbari sığorta üzrə ən çox şikayət edilən sığorta şirkətlərini açıqlanıb-SİYAHI
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026
      Recent

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026

      Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb

      09 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » Nazir Məcnun Məmmədova Gömrük Komitəsinin quşçuluğa yaratdığı problemlər barədə məlumat verilib
    Bu günün xəbərləri

    Nazir Məcnun Məmmədova Gömrük Komitəsinin quşçuluğa yaratdığı problemlər barədə məlumat verilib

    10 Oktyabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Oktyabrın 9-da Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə nazirliyin rəhbərliyi arasında görüş keçirilib.

    Bu barədə GDP-yəAzərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İctimaiyyətlə əlaqələr və analitika departamentindən bildirilib.

    Qeyd edilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, nazirliyin digər rəhbər şəxslərinin iştirak etdiyi görüş Assosiasiya üzvlərinin müraciəti əsasında baş tutub.Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə kənd təsərrüfatının inkişafına dövlət dəstəyi, aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Respublikamızda quşçuluq sahəsinin inkişafının dövlətin diqqət mərkəzində olduğunu deyən nazir Məcnun Məmmədov bu sahədə fəaliyyət göstərən sahibkar və fermerlərlə mütəmadi görüşlərin keçirildiyini vurğulayıb. Nazir ölkədə quşçuluq sahəsinin daha da inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin bildirdiyinə görə, görüş konstruktiv şəraitdə keçib, nazir Məcnun Məmmədov sahibkarları narahat edən problemlərə maraq göstərərək, onların mümkün həll yolları ilə bağlı təklifləri alıb:“Biz görüşə və quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarların problemlərinə həssas yanaşmaya görə cənab nazirə təşəkkür edirik”.Qeyd edək ki, görüşdə quşçuluq təsərrüfatlarını narahat edən problemlər ətraflı müzakirə olunub. M.Həsənli kənd təsərrüfatı təyinatlı torpaqlarda istehsal binalarının tikintisi ilə bağlı problemi qeyd edib:“Ölkəmizdə quş əti ilə təminatı yüz faizə qaldırmaq, ixraca hədəflənmək, həmçinin yerli bazarda toyuq əti və ərzaqlıq yumurtanın qiymətində artımın qarşısını almaq üçün müəssisələrin genişlənməsi, yeni istehsal texnologiyalarının tətbiqi vacib şərtdir. Bunun üçünsə torpaq sahələrinin əldə olunması və yaxud mövcud ərazilərdə yeni binaların tikintisi həyata keçirilməlidir. Sovet dövründən tikilən, çoxu 60 yaşını keçən tikililər quşçuluqda istifadə olunan müasir texnologiyaların tətbiqinə imkan vermədiyinə görə müəssisələr onları sökərək yerində, yaxud müasir texnoloji tələblərə uyğun olaraq bir qədər başqa ərazidə yeni binalar tikmək istəyirlər. Çünki sovet dövründən tikilmiş inqubator stansiyaları, yem sexləri, kəsim sexləri və digər binalar yeni dövrün texnologiyasının tətbiqinə imkan vermir.Təsərrüfatlarda yenidənqurma işlərinin aparılması olduqca vacibdir. Lakin biz bunu edə bilmirik, çünki “kənd təsərrüfatı təyinatlı” adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin üçün, nə də örüş kimi istifadəyə yararlı deyil. Bir yabanı otun da bitmədiyi yararsız ərazilərimiz var ki, sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaq olduğu üçün həmin qayalıqda sahibkarlar bir toyuq hini də tikə bilmir. Ya da hansısa bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Buna ilk növbədə qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri imkan vermir. Yerli icra hakimiyyəti orqanlarına təsərrüfatın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün həyati əhəmiyyəti olan tikintilərin aparılması ilə bağlı müraciətlərimiz qulaqardına vurulur. Bir çox hallarda isə onlar əvvəlcədən tikinti üçün alınan icazələr əsasında işlərin həyata keçirilməsinə imkan vermirlər. Bu kimi hallar ölkənin ən iri quşçuluq təsərrüfatlarının inkişaf planlarına ağır zərbə vurmaqdadır”.

    M.Həsənli həmçinin quşçuluq sahəsində istifadə olunan avadanlıqların idxalının dövlət tərəfindən subsidiyalaşdırılmasının vacib olduğunu vurğulayıb, Dövlət Gömrük Komitəsinin quşçuluq sahəsinə yaratdığı problemləri qeyd edib:“Bilavasitə dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə 2016-cı ildən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yerli istehsalçıları haqsız rəqabətdən qorumaq üçün damazlıq yumurta idxalına 10 sent, toyuq ətinin hər kiloqramına 1 dollar əlavə rüsum təyin olunub. Bu addım yerli quşçuluq təsərrüfatlarının inkişafına böyük təkan verib. Lakin son illərdə bir sıra işbazlar əlavə rüsum tətbiq olunmayan ətlik istiqamətli 1 günlük cücə idxalı ilə yerli istehsalçılara ciddi zərbə vururlar. Hər il ölkəmizə on milyonlarla belə cücə idxal olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2025-ci ilin 7 ayında ölkəyə 6 milyon 534 min 374 baş belə cücə gətirilib. Türkiyədən 1 cücə orta hesabla 43 sentə, Gürcüstandan 49 sentə idxal olunub.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

    09 Sentyabr 2026

    Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

    08 Sentyabr 2026

    Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

    08 Sentyabr 2026

    Xəzinədarlıq orqanları 8 ayda 864 mindən çox ödəniş tapşırığını icra edib

    08 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.