Azərbaycan Respublikası Hesablama Palatasının apardığı auditə əsasən, COP29-un təşkili üçün daxil olan vəsaitin 92,5%-i dövlət büdcəsindən, 7,5%-i isə digər mənbələrdən təşkil edib.
GDP Hesablama Palatasıının COP29-un auditinə dair məlumatına istinadla xəbər verir ki, əməliyyat xərclərinin böyük hissəsi iki əsas istiqamətə sərf edilib:
-
Konfransın keçirilmə yerləri: 65,4%
-
Məzmun dəyərinin formalaşdırılması: 10,2%
Audit zamanı müəyyən edilmiş əsas tapıntılara aşağıdakılar aiddir:
-
Ümumi büdcə aşılmaması şərtilə bəzi xərc kateqoriyaları üzrə büdcə artımı olub.
-
Müqavilələrin icrasında avans ödənişlərində maksimal həddin gözlənilməməsi və təchizatda gecikmələr kimi nöqsanlar aşkar edilib.
-
Uzunmüddətli aktivlər (maşın və avadanlıqlar) tədbirdən sonra bir sıra dövlət qurumlarının istifadəsinə veriləcək.
Hesablama Palatasının qərarına əsasən, sərbəst qalan vəsaitin dövlət büdcəsinə qaytarılması, həmçinin vergilərin ödənilməsi və artıq xərclənmiş ezamiyyə xərclərinin büdcəyə bərpası ilə bağlı tədbirlər görüləcək.

