2025-ci ilin yanvar ayında 3,26 səviyyəsində olan manatın dövriyyə sürəti sentyabr ayına kimi 3,41 səviyyəsinə qalxıb.
GDP Mərkəzi Banka istinadla xəbər verir ki, manatın dövriyyə sürətində 9 aylıq dövrdə 0,15 vahid və ya 4,6% artım qeydə alınıb. Göstərici fevral ayında qeydə alınan qısamüddətli azalmanın (3,23) ardınca, mart ayından etibarən sabit artım tendensiyası bərpa olunub.
Qeyd edək ki, manatın dövriyyə sürətinin artması iqtisadiyyatda pulun daha sürətli dövriyyə etdiyini, istehlakçı xərclərinin və iqtisadi fəaliyyətin artdığını göstərə bilər. Bu göstəricidəki artım ümumilikdə iqtisadi canlanmanın əlaməti kimi qiymətləndirilir.

