Azərbaycanda 30 ildir fasiləsiz fəaliyyət göstərən Tekfen İnşaat növbəti dəfə beynəlxalq arenada böyük uğura imza atıb.
GDp xəbər verir ki, şirkətin inşa etdiyi Azərbaycan Mərkəzi Bankının Yeni Xidmət Binası nüfuzlu ACEC New York Engineering Excellence Awards müsabiqəsində yüksək qiymətləndirilib.
American Council of Engineering Companies (ACEC) tərəfindən təşkil olunan və mühəndislik sahəsində ən prestijli yarışlardan biri sayılan müsabiqədə layihə “Yapısal Sistemlər” (Structural Systems) kateqoriyası üzrə Qızıl Mükafata (Gold Award) layiq görülüb.

