Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Taleh Kazımov Çinə işgüzar səfər çərçivəsində Çin Xalq Bankının (ÇXB) sədri Pan Qonşenq ilə görüş keçirib.
GDP xəbər verir ki,Kazımov öz rəsmi sosial media hesabından yayımladığı açıqlamada, görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, QR və mobil ödəniş həlləri, eləcə də ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi kimi mövzuları müzakirə etdiklərini bildirib.
Tərəflər həmçinin rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

