Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfərdə olub.
GDP Mərkəzi Banka istinadla xəbər verir ki, səfər çərçivəsində ARMB nümayəndə heyəti Koreya Mərkəzi Bankının sədri Çanq Yonq Ri ilə görüş keçirib. Görüşdə monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, dayanıqlı maliyyə məsələləri geniş müzakirə edilib.
Tərəflar həmçinin maliyyə sektorunda innovativ texnoloji həllərin və yanaşmaların tətbiqi sahəsində qarşılıqlı təcrübələri mübadilə ediblər. Görüşdə Azərbaycan və Koreya mərkəzi bankları arasında əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən mərkəzi bankçılıq sahəsində bilik və təcrübə mübadiləsinin artırılması imkanları müzakirə olunub.
Bu görüş iki ölkənin maliyyə qurumları arasında strateji dialoqun gücləndirilməsinə xidmət edir.


