Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən keçirilən səyyar qəbulllarla bağlı illik hesabat təqdim olunub.
GDP xəbər verir ki, məlumata görə, qəbula cəmi 207 vətəndaş iştirak edib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş və onlara lazımi dəstək göstərilmişdir. Hesabatdakı məlumatlara əsasən, 66 müraciət həll edilərək təmin olunub, 141 müraciətlə bağlı isə vətəndaşlara ətraflı izahat verilib.
Vətəndaş qəbulları ölkənin müxtəlif regionlarından, o cümlədən Cəlilabad, Mingəçevir, Tərtər, Cəbrayıl, Qazax, Qusar, Balakən, İsmayıllı, Xaçmaz, Beyləqan, Gəncə, Şirvan, Biləsuvar və Xızı rayon və şəhərlərində təşkil edilərək həmin bölgələrdən olan vətəndaşlar iştirak edib.
Mərkəzi Bankın səyyar qəbulu, vətəndaşlarla birbaşa əlaqə yaratmaq, onların bank sahəsi ilə bağlı suallarını cavablandırmaq və problemlərini dinləmək məqsədi daşıyır.

