Close Menu
    What's Hot

    Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

    12 İyun 2026

    Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

    12 İyun 2026

    TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

    12 İyun 2026
    Trending
    • Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır
    • Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib
    • TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
    • İranın “Fars” agentliyi hədəf siyahısını yeniləyib: İlon Maskın aktivləri da daxil edilib
    • “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
    • “Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir”
    • Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu
    • İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

      12 İyun 2026
      Recent

      Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

      12 İyun 2026

      TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

      12 İyun 2026

      Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu

      11 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABB 1 ilə 9%, 2 ilə 10% gəlir vəd edən yeni istiqrazlar buraxır

      24 Aprel 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

      12 İyun 2026
      Recent

      Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

      12 İyun 2026

      “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

      12 İyun 2026

      Azərbaycanda yeni neft emalı zavodu tikiləcək – BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB

      11 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Dövlətin təklif etdiyi aşağı ilkin ödənişli ipoteka,bazarının strukturunu dəyişir: Zəmanətli kreditlər 1 ilə 442% artdı
    Bank

    Dövlətin təklif etdiyi aşağı ilkin ödənişli ipoteka,bazarının strukturunu dəyişir: Zəmanətli kreditlər 1 ilə 442% artdı

    23 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    İpoteka və Kredit Zəmanət Fondu tərəfindən açıqlanan rəsmi statistika göstərir ki, 2025-ci ildə ipoteka bazarında kəmiyyət deyil, daha çox keyfiyyət və struktur yönümlü dəyişikliklər baş verib. 2024-cü illə müqayisə edildikdə,ümumi maliyyələşmə həcmi artdığı halda, portfeldə verilən kreditlərin sayı azalıb, güzəştli və zəmanətli ipoteka mexanizmlərinin çəkisi isə əhəmiyyətli dərəcədə yüksəlib.

    GDP xəbər verir ki, 2024-cü ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat məbləğində 4 685 ipoteka krediti verildiyi halda, 2025-ci ildə bu göstərici 442,8 milyon manat və 4 309 kredit təşkil edib.

    Beləliklə, ümumi maliyyə həcmi 3,0 milyon manat və ya 0,68% artıb, lakin kreditlərin sayı 376 vahid və ya 8,0% azalıb. Bu tendensiya ipoteka bazarında orta kredit məbləğinin yüksəldiyini və bankların daha iri məbləğli kreditlərə üstünlük verdiyini göstərir.

    Adi ipoteka kreditləri üzrə dinamika azalma ilə xarakterizə olunur. 2024-cü ildə 357,7 milyon manat məbləğində 3 609 adi ipoteka krediti verildiyi halda, 2025-ci ildə bu göstəricilər 347,2 milyon manat və 3 153 kredit səviyyəsinə enib.

    Nəticədə, məbləğ üzrə 10,5 milyon manatlıq yəni 2.9%-lik azalma, say üzrə isə 456 kreditlik yəni 12.6%-lik azalma qeydə alınıb. Bu göstəricilər adi ipotekaya tələbin nisbətən zəiflədiyini və əhalinin alternativ mexanizmlərə yönəldiyini göstərir.

    Əksinə, güzəştli ipoteka kreditləri üzrə ciddi artım müşahidə olunub. 2024-cü ildə 82,1 milyon manat məbləğində 1 076 güzəştli ipoteka krediti verildiyi halda, 2025-ci ildə bu göstərici 95,6 milyon manat və 1 156 kredit təşkil edib.

    Bu isə məbləğ üzrə 13,5 milyon manat yaxud  16.4% artım , say üzrə isə 80 kredit yəni 7.4% artım deməkdir. Artım göstərir ki, dövlət dəstəyi ilə təqdim olunan ipoteka alətləri xüsusilə gənclər və sosial həssas qruplar üçün daha əlçatan olub.

    Zəmanətli ipoteka mexanizmi: bazarın yeni lokomotivi

    Ən diqqətçəkən dəyişiklik zəmanətli ipoteka kreditləri üzrə qeydə alınıb. 2024-cü ildə 275 kredit üzrə 28,3 milyon manat zəmanət verildiyi halda, 2026-cı il 1 yanvar tarixinə olan məlumata əsasən, 2025-ci ildə bu göstəricilər 1 490 kredit və 139,9 milyon manat təşkil edib.

    Bu, məbləğ üzrə 111,6 milyon manatlıq artım, yəni təxminən 394%, say üzrə isə 1 215 kreditlik artım, yəni təxminən 442% deməkdir. Zəmanət mexanizminin bu qədər genişlənməsi ilkin ödəniş imkanları məhdud olan vətəndaşların ipoteka bazarına çıxışını kəskin şəkildə artırıb.

    İpoteka portfeli böyüyür

    Fondun fəaliyyətinin ümumi nəticələrinə baxdıqda da müsbət dinamika müşahidə olunur. 2006–2024-cü illər ərzində ipoteka kreditlərinin ümumi həcmi 3,31 milyard manat təşkil etdiyi halda, 2006–2025-ci illərdə bu göstərici 3,76 milyard manatı ötüb.

    Beləliklə, 450 milyon manatlıq artım qeydə alınıb ki, bu da 13,6% artım deməkdir. Eyni dövrdə mənzil şəraiti yaxşılaşdırılan ailələrin sayı 52 530-dan 56 800-dən daha çox saya qədər yüksəlib. Bu, 4 270 ailə və ya 8,1% artım deməkdir.

    Həm 2024, həm də 2025-ci illərdə ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər və gənc ailələr, kreditlərin təxminən 22%-ni isə regionlar təşkil edib. Bu göstəricilər sosial və regional balansın qorunduğunu göstərsə də, əsas dəyişikliklərin məhsul strukturunda baş verdiyini ortaya qoyur.

    2025-ci ilin göstəriciləri ipoteka bazarında kəmiyyət artımından çox struktur transformasiyasını əks etdirir. Adi ipoteka kreditlərinin payı azalır, güzəştli və zəmanətli mexanizmlər isə sürətlə genişlənir. Bu isə ipoteka siyasətinin daha çox sosial əlçatanlıq, risk paylaşımı və uzunmüddətli dayanıqlıq üzərində qurulduğunu göstərir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

    12 İyun 2026

    TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

    12 İyun 2026

    Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu

    11 İyun 2026

    Rabitəbankda yeni təyinat!

    10 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.