2025-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirliliyi 6,2% təşkil etmiş, bu isə 6,9 milyard manat və ya 4 milyard ABŞ dolları həcmində investisiya gəliri ilə nəticələnmişdir.
Bu barədə GDP Fonda istinadən xəbər verir.
2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37 milyard 594,4 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20 milyard 434,0 milyon manat olmuşdur. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14 milyard 627,2 milyon manat təşkil etmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, Fondun aktivləri 2025-ci ilin əvvəlinə 60 milyard 31,4 milyon ABŞ dolları (102 milyard 53,3 milyon manat ) təşkil etmiş, 2025-ci il dekabr ayının 31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 milyard 541,5 milyon ABŞ dollarına (125 milyard 20,5 milyon manata) çatmışdır

