Özbəkistan Mərkəzi Bankının Kibertəhlükəsizlik Mərkəzinin nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankına səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankı sədrinin müşaviri Akif Bağırov və İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı ilə görüş keçirib.
Görüş zamanı kibertəhlükəsizlik sahəsində hüquqi-normativ bazanın təkmilləşdirilməsi, FINCERT təcrübəsi, eləcə də kibertəhdidlərin idarə olunması üzrə ssenarilər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər maliyyə sektorunda informasiya təhlükəsizliyinin gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.


