Close Menu
    What's Hot

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək

    07 May 2026

    Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib

    07 May 2026

    Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”

    06 May 2026
    Trending
    • “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
    • Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib
    • Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
    • Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
    • Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
    • Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
    • Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
    • Mərkəzi Bank faiz qərarını açıqladı
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”

      06 May 2026
      Recent

      Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”

      06 May 2026

      Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”

      06 May 2026

      Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”

      06 May 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB 1 ilə 9%, 2 ilə 10% gəlir vəd edən yeni istiqrazlar buraxır

      24 Aprel 2026

      “Azərpoçt”un rəhbəri vəzifəsindən ayrılan İsi Mustafayev yeni vəzifəyə təyin olunub

      20 Aprel 2026

      İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb

      14 Aprel 2026

      Azərbaycanda 500 min manat kapital ilə yeni broker şirkət yaradılıb

      07 Aprel 2026

      Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib

      07 May 2026

      Qlobal bazarlarda son qiymətlər

      29 Aprel 2026

      Maliyyə bazarında son qiymətlər: indekslərdən əmtəələrədək

      28 Aprel 2026

      S&P 500 şirkətləri 2025-ci ildə 400 min iş yerini ixtisar edib

      27 Aprel 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Belarus kriptobanklara yaşıl işıq yandırdı: 26 sikkə, 11 əməliyyat

      24 Aprel 2026

      İran danışıqlardan imtina etdi, bitkoin 74.000 ABŞ dollarını sınaqdan keçirib

      20 Aprel 2026

      Morgan Stanley-in Bitcoin ETF-i ilk gündə 34 milyon dollar cəlb edib

      09 Aprel 2026

      Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib

      07 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Qlobal bazarlarda son qiymətlər

      29 Aprel 2026

      Maliyyə bazarında son qiymətlər: indekslərdən əmtəələrədək

      28 Aprel 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb

      06 May 2026
      Recent

      Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb

      06 May 2026

      2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb

      06 May 2026

      Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib

      06 May 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » ABŞ Mərkəzi Bankı gözlənilən qərarı verdi: uçot dərəcəsi 3,75%-də saxlanıldı
    Bank

    ABŞ Mərkəzi Bankı gözlənilən qərarı verdi: uçot dərəcəsi 3,75%-də saxlanıldı

    29 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ABŞ Mərkəzi Bankı (Federal Ehtiyat Sistemi – Fed) 2026-cı ilin ilk pul siyasəti iclasının yekunlarına əsasən uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Yanvarın 27–28-də keçirilən iclasdan sonra Fed əsas faiz dərəcəsini 3,50–3,75% intervalında dəyişməz saxlayıb. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların böyük əksəriyyəti də məhz bu qərarı gözləyirdi.

    Fed sonuncu dəfə 10 dekabr tarixində faiz dərəcəsini 25 baza bəndi azaldıb. Hazırkı səviyyə 2022-ci ilin sonundan bəri ən aşağı göstərici kimi qiymətləndirilir.

    FOMC-də fikir ayrılığı

    Federal Açıq Bazar Komitəsi (FOMC) faizlərin sabit saxlanılması qərarını 10 səsə qarşı 2 səslə qəbul edib. Komitə üzvləri Christopher Waller və Stephen Miran isə 25 baza bəndi həcmində faiz endiriminin zəruri olduğunu bildirərək qərara etiraz ediblər.

    Qərardan sonra yayımlanan açıqlamada qeyd olunub ki, məşğulluq göstəricilərində  artım zəif, işsizlik səviyyəsi isə nisbətən sabit qalır. Eyni zamanda, əvvəlki üç açıqlamada yer alan və məşğulluğa dair aşağı yönlü risklərin artdığını vurğulayan ifadələr bu dəfə mətndən çıxarılıb.

    Faiz endirimi ehtimalı qalır

    Dekabr ayında dərc olunan faiz proqnozlarına əsasən, Fed rəsmilərinin əksəriyyəti ilin sonrakı mərhələlərində yenidən faiz endiriminə gedilə biləcəyini istisna etmir. Lakin inflyasiyanın hələ də yüksək səviyyədə qalması və əmək bazarında müşahidə edilən sabitlik bəzi siyasətçilərin əlavə endirimlərə tələsməməsi ilə nəticələnib.

    Fed iqtisadi artımı bu dəfə “sağlam” kimi qiymətləndirib. Xatırladaq ki, ötən aylarda qurum iqtisadi böyüməni “mülayim” ifadəsi ilə xarakterizə edirdi.

    Bazarların gözü Powell-də

    Analitiklər hesab edir ki, faiz qərarından daha çox Fed sədri Cerom Pauellin mətbuat konfransında verdiyi açıqlamalar maliyyə bazarlarında qiymətləmələrə təsir göstərəcək əsas amil olacaq.

    Powell: “İqtisadiyyat ilə dayanıqlı başlayıb”

    Fed sədri Cerom Pauell iclasdan sonra çıxışında qurumun iki əsas hədəfə – məşğulluq və qiymət sabitliyinə ciddi şəkildə fokuslandığını vurğulayıb. Pauell bildirib ki, iqtisadiyyat ilə güclü başlanğıc edib və mövcud şəraitdə faizləri sabit saxlamaq ən uyğun qərar hesab olunub.

    Onun sözlərinə görə, işsizlik səviyyəsində sabitlik siqnalları mövcuddur, lakin məşğulluq artımı hələ də zəifdir. Hazırda işsizlik 4,4% səviyyəsindədir və son aylarda əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Bununla belə, son üç ayda kənd təsərrüfatı xaric məşğulluqda toparlanma əlamətləri görünür.

    Böyümə güclənir, inflyasiya hədəfdən yuxarıdır

    Pauell iqtisadi aktivliyə dair göstəricilərin böyümədə güclü bərpaya işarə etdiyini, son iclasdan bəri açıqlanan məlumatların iqtisadi mənzərədə aydın yaxşılaşma göstərdiyini bildirib.

    İnflyasiya ilə bağlı isə Fed sədri qeyd edib ki, 2022-ci ildə qeydə alınan yüksək səviyyələrdən ciddi geriləmə baş versə də, inflyasiya hələ də Fed-in uzunmüddətli 2% hədəfindən yuxarıdır. Pauell, məşğulluq və inflyasiya arasında müəyyən gərginliyin davam etdiyini də etiraf edib.

    Siyasi və institusional mövzulara şərh verilmədi

    Pauell hökumətin müvəqqəti bağlanmasının statistik məlumatların axınında müəyyən pozuntular yaratdığını, lakin bu təsirlərin tədricən aradan qalxdığını bildirib. O, tariflərin iqtisadiyyata təsirinin artıq əsasən qiymətlərə və fəaliyyətə əks olunduğunu da vurğulayıb.

    Mətbuat konfransında Fed İdarə Heyətinin üzvü Lisa Cook ilə bağlı davam edən məhkəmə işi haqqında sualı cavablandıran Pauell, bunun Fed tarixində mühüm hüquqi proseslərdən biri olduğunu deyib.

    Bununla yanaşı, Pauell sədr səlahiyyət müddəti bitdikdən sonra Fed-də qalmaq niyyəti və dolların məzənnəsi ilə bağlı suallara şərh verməkdən imtina edib.

    Fed-in ehtiyatlı mövqeyi göstərir ki, qurum inflyasiya risklərini tam aradan qalxmış hesab etmir. Faiz endirimi perspektivi gündəmdə qalsa da, yaxın dövrdə qərarların makroiqtisadi göstəricilərdən asılı olaraq mərhələli şəkildə veriləcəyi gözlənilir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”

    06 May 2026

    Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”

    06 May 2026

    Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”

    06 May 2026

    Mərkəzi Bank faiz qərarını açıqladı

    06 May 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.