2026-cı ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 48,6 milyon ABŞ dolları və ya 0,4% artaraq 30.01.2026-cı il tarixinə 11 milyard 563,5 milyon ABŞ dolları təşkil edib.
AMB-nin açıqladığı məlumata əsasən, 2025-ci ilin dekabr ayında da rəsmi valyuta ehtiyatlarında artım qeydə alınmışdı: ehtiyatlar 81,1 milyon ABŞ dolları və ya 0,7% yüksələrək 30.12.2025-ci il tarixinə 11 milyard 514,9 milyon ABŞ dollarına çatmışdı.
Ümumilikdə 2025-ci il ərzində AMB-nin rəsmi valyuta ehtiyatları 555,4 milyon ABŞ dolları (+5,1%) artıb. Mövcud aylıq dinamika 2025-ci il boyunca ehtiyatların ardıcıl yüksəliş trendində olduğunu göstərir.


