Avropa Mərkəzi Bankı (AMB) gözlənildiyi kimi faiz dərəcələrini əvvəlki səviyyədə saxlayıb.
GDP xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) cümə axşamı başa çatan iclasın yekunlarına əsasən əsas faiz dərəcələrini dəyişməyib.
Tənzimləyicinin yaydığı məlumata görə, depozitlər üzrə faiz dərəcəsi illik 2% səviyyəsində saxlanılıb, əsas yenidən maliyyələşdirmə əməliyyatları (main refinancing operations, MRO) üzrə faiz dərəcəsi 2,15%, marjinal kreditlər üzrə faiz dərəcəsi isə 2,4% təşkil edir.
Qərar analitiklərin və bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşüb.

