Mərkəzi Bankın sədri Taleh Kazımov Bakı Fond Birjasında (BFB) rəhbər heyət və kollektivlə görüşüb.
GDP görüşdə birjanın ötən ilki fəaliyyət nəticələri, cari dövr üzrə strateji hədəfləri və inkişaf perspektivləri müzakirə edilib.
BFB rəhbərliyi tərəfindən keçirilən təqdimatda birja infrastrukturunun müasirləşdirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Taleh Kazımov BFB rəhbərliyinə fəaliyyətin dərinləşdirilməsi, bazarın institusional əsaslarının möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi ilə bağlı tövsiyələrini çatdırıb.




