Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, ölkədə mövcud inflyasiyanın təxminən 70-80 faizi idxal hesabına formalaşır.
Bu gün keçirilən mətbuat konfransında AMB sədri qeyd edib ki, aparılan təhlillər və təxmini hesablamalar göstərir ki, inflyasiyanın 70-80 faiz ətrafında hissəsi idxal olunur. Bu da təklif amillərinə aiddir.
Kazımovun sözlərinə görə, təklif amillərinə iki istiqamət daxildir: birincisi, idxal olunan mal və xidmətlərin qiymətləri; ikincisi, yerli bazarda tənzimlənən qiymətlərin artımı. Bu, istehsalçıların xərcini artırır və xərc komponenti kimi təklif komponentinə təsir edir.
“Təklif komponentləri aylar üzrə dəyişir. Ümumilikdə həm idxal, həm də daxili bazar xərc amili 70 faiz təşkil edir”, – deyə AMB sədri vurğulayıb

