Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov iyulun 2-də Çinə ilk işgüzar səfərinin yekunlarını açıqlayıb.
GDP xəbər verir ki, o, Dünya İqtisadi Forumunun (WEF) Dalian şəhərində keçirilən “Yeni Çempionların İllik Görüşü”ndə (Summer Davos) iştirak edib, daha sonra Şanxayda Tencent və SenseTime kimi texnologiya nəhəngləri ilə görüşüb.
İbrahimov vurğulayıb ki, WEF-in maliyyə sektoru üzrə süni intellekt hesabatında ABB-nin təcrübəsinin nümunəvi case study kimi göstərilməsi beynəlxalq tanınmanın təzahürüdür. Səfər çərçivəsində Çin Baş nazirinin qapalı görüşündə də iştirak edən bank rəhbəri qeyd edib ki, Çin xarici investorlar üçün açıq əməkdaşlıq siyasətini davam etdirir.
“Çinə bu səfər süni intellektin gələcəyin deyil, bugünün rəqabət üstünlüyü olduğunu bir daha göstərdi”, – deyə İbrahimov bildirib. Görüşlərdə rəqəmsal maliyyə xidmətləri və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.




