OPEC+ ölkələri 2026-cı ilin sentyabr ayından sonra neft hasilatının həcmini artırmaq və ya azaltmaqla bağlı yeni dəyişiklik gözləmir.
GDP xəbər verir ki, alyans nümayəndələrinin məlumatına görə, hazırkı hasilat kvotalarının böyük ehtimalla ilin sonunadək qüvvədə qalacağı gözlənilir. Bazar iştirakçıları dördüncü rübdə qlobal neft təklifinin artacağı ehtimalını nəzərdən keçirsələr də, OPEC+ əlavə hasilat artımı ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirir.
Analitiklərin fikrincə, hasilatın sabit saxlanılması təşkilatın əsas ixracatçı ölkələr üçün neft qiymətlərini əlverişli səviyyədə qorumaq strategiyasını davam etdirdiyini göstərir.
OPEC+ qərarının neft bazarına təsir edəcəyi gözlənilir. Hasilatın artırılmaması yaxın aylarda bazarda əlavə təklif təzyiqinin yaranmasının qarşısını ala bilər ki, bu da neft qiymətləri üçün müsbət amil hesab olunur.

