Close Menu
    What's Hot

    Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

    10 Sentyabr 2026

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026
    Trending
    • Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib
    • ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

      10 Sentyabr 2026
      Recent

      Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

      10 Sentyabr 2026

      ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

      10 Sentyabr 2026

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Azərbaycan Biznesinin İnkişafı Fondu sahibkarlar üçün kompleks maliyyələşdirmə imkanları təqdim edir
    Biznes

    Azərbaycan Biznesinin İnkişafı Fondu sahibkarlar üçün kompleks maliyyələşdirmə imkanları təqdim edir

    30 İyul 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABDF) təqdim etdiyi maliyyə alətləri müxtəlif risk səviyyələrinə, biznes ölçülərinə və layihələrin inkişaf mərhələlərinə uyğun şəkildə formalaşdırılıb.

    GDP xəbər verir ki,bu yanaşma həm iri investisiya layihələrinin, həm də kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirir.

    ABDF-nin investisiya mexanizmi əsasən iri layihələrə yönəlib. Mexanizm çərçivəsində layihə şirkətinin nizamnamə kapitalına minimum investisiya qoyuluşu 500 min manat təşkil edir. Fond layihədə 30 faizədək payla iştirak etməklə risklərin bölüşdürülməsini təmin edir, sahibkar isə idarəetmə imkanlarını qoruyur.

    Layihələr üzrə minimum 10 faiz daxili gəlirlilik norması tələbinin müəyyənləşdirilməsi iqtisadi cəhətdən əsaslandırılmış və inkişaf potensialına malik layihələrin seçilməsinə xidmət edir. Fondun layihələrdə iştirak müddəti 5–7 il təşkil edir. Bu müddət başa çatdıqdan sonra Fondun layihədən çıxması və resurslarını yeni layihələrə yönəltməsi nəzərdə tutulur.

    Güzəştli kredit mexanizmi iqtisadiyyatın prioritet sahələri üzrə fəaliyyət göstərən sahibkarları əhatə edir və onun təsiri təqdim olunan əlverişli şərtlər vasitəsilə formalaşır. Kreditlərin 5 000 manatdan 10 000 000 manatadək məbləğdə və 10 ilədək müddətə verilməsi sahibkarlara müxtəlif miqyaslı layihələri həyata keçirmək imkanı yaradır.

    Kredit müddətinin yarısınadək güzəşt müddətinin tətbiq edilməsi sahibkarlara biznes gəlir formalaşdırmağa başlamazdan əvvəl əsas borc ödənişlərini təxirə salmaq imkanı verir. Bu isə layihələrin ilkin mərhələdə maliyyə çətinliyi ilə üzləşməsi və iflas riskini azaldır.

    ABDF-nin dövlət zəmanəti və faiz subsidiyası mexanizmi sahibkarların müvəkkil kredit təşkilatlarından cəlb etdikləri 5 milyon manatadək biznes kreditlərini əhatə edir. Müvəkkil kredit təşkilatlarına banklar, bank olmayan kredit təşkilatları, eləcə də lizinq, faktorinq və investisiya fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsləri daxildir.

    2024-cü ildən tətbiq edilən mexanizm hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə şamil olunur. Azərbaycan Prezidentinin 9 iyun 2026-cı il tarixli Fərmanına əsasən, mexanizmin gələcəkdə Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda da tətbiqi nəzərdə tutulur.

    İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr üzrə kreditlərin 90 faizədək, digər regionlarda isə 50 faizədək hissəsi dövlət zəmanəti ilə təmin ediləcək. Bu yanaşma müvəkkil kredit təşkilatlarının risklərini və girov təminatı ilə bağlı tələblərini azaltmaqla perspektivli biznes layihələrinin maliyyələşdirilməsinə marağı artıracaq.

    Mexanizm çərçivəsində kreditlər üzrə illik faiz dərəcəsinin maksimum həddi 13 faiz müəyyən edilir. Faiz yükünün yarısı 36 ayadək müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Kredit müddətinin 7 ilədək, güzəşt müddətinin isə 36 ayadək müəyyənləşdirilməsi ödəniş qrafikinin biznesin real maliyyə axınına uyğun qurulmasına imkan verir.

    ABDF tərəfindən təqdim olunan investisiya, güzəştli kredit, dövlət zəmanəti və faiz subsidiyası alətləri bir-birini tamamlayan kompleks maliyyələşdirmə mexanizmləri kimi çıxış edir. Bu alətlər sahibkarların maliyyə resurslarına çıxışını genişləndirməklə yanaşı, investisiya risklərinin azalmasına, regionlarda iqtisadi fəallığın yüksəlməsinə və bizneslərin dayanıqlı inkişafına şərait yaradır.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    ASCO-nun yarımillik maliyyə mənzərəsi: 23,4 milyon manat mənfəət, kapitalda 2% artım, pul vəsaitlərində isə 23,5% azalma

    04 Sentyabr 2026

    “Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi – Fotolar

    04 Sentyabr 2026

    Bu gündən ölkəyə gətirilən malların gömrük dəyəri Azərbaycan manatında bəyan ediləcək

    03 Sentyabr 2026

    Azərbaycanın Milli Etalon Vaxtının rəsmi internet səhifəsi istifadəyə verilib

    27 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.