ABŞ-da dizel yanacağının qiyməti tarixi maksimumunu yeniləyib. Qiymət artımı yanacaq ehtiyatlarının azalması, eyni zamanda yükdaşımalar və sənaye sektorunda tələbin yüksək qalması fonunda davam edir.
Dizelin bahalaşması ABŞ iqtisadiyyatı üçün əlavə inflyasiya riski yaradır. Belə ki, bu yanacaq növü ölkədə yükdaşımaları, logistika, kənd təsərrüfatı və tikinti sektorlarında geniş istifadə olunur.
Yanacaq xərclərinin yüksəlməsi nəqliyyat və logistika şirkətlərinin məsrəflərini artırır. Bu xərclərin son nəticədə məhsul və xidmətlərin qiymətlərinə ötürülməsi isə inflyasiya təzyiqinin güclənməsinə səbəb ola bilər.
Mövcud vəziyyət ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiyanı hədəf səviyyəsinə qaytarmaq planlarını da çətinləşdirə bilər. Dizel və digər enerji daşıyıcılarının yüksək qiymətlərinin uzun müddət davam etməsi FED-in pul-kredit siyasətini yumşaltmaq imkanlarını məhdudlaşdıra bilər.


