Dünyanın ən böyük suveren sərvət fondu — 1,7 trilyon ABŞ dolları həcmində aktivləri idarə edən Norveç fondu portfelində ABŞ xəzinə istiqrazlarının payını azaltmaq niyyətindədir. CNBC bu barədə fond rəhbərliyinin açıqlamasına istinadən məlumat yayıb.
Bu qərar Vaşinqtonun borc dayanıqlılığı ilə bağlı artan narahatlıqlar fonunda diversifikasiya siqnalı kimi görünür. Norveçlilər onilliklər ərzində ABŞ dövlət borcuna yatırım edən ən etibarlı və uzunmüddətli investorların nümunəsi hesab olunublar. Buna görə də bu addımın əhəmiyyəti yatırımların həcmindən daha çox, digər iri investorlar üçün verdiyi mesajdadır.
Bazar üçün bu, istiqraz gəlirliliklərinin yüksəlməsinə əlavə təzyiq yaradan amildir. Bununla belə, hazırda əsas həlledici faktor ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrinin dinamikasıdır.
Diqqətçəkən məqam odur ki, hətta konservativ dövlət fondları belə ABŞ-ın fiskal siyasətindən qaynaqlanan struktur risklərə qarşı özlərini sığortalamağa başlayırlar
Trending
- Sığorta haqları üzrə liderlər: hansı şirkətlər sığorta bazarının daha böyük hissəsinə nəzarət edir?-Reytinq
- Hansı sığorta şirkəti müştərilərinə daha çox ödəniş edib?-Sığorta şirkətlərinin reytinqi
- Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş
- Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
- Brent neftinin qiyməti 110 dollardan aşağı düşüb
- Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb
- Merts: Almaniya iqtisadiyyatının təcili dəyişikliklərə ehtiyacı var
- BVF: Manatın nominal effektiv məzənnəsi 2%-dən çox möhkəmlənib, iqtisadi artım proqnozu azaldılıb

