Close Menu
    What's Hot

    “PAŞA Kapital”da yeni təyinat

    07 Sentyabr 2026

    Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında kəskin artım-tarixi maksimum yeniləndi

    07 Sentyabr 2026

    İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin yeni sədri Osman Xaliyev kimdir? -Dosye

    07 Sentyabr 2026
    Trending
    • “PAŞA Kapital”da yeni təyinat
    • Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında kəskin artım-tarixi maksimum yeniləndi
    • İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin yeni sədri Osman Xaliyev kimdir? -Dosye
    • İpoteka və Kredit Zəmanət Fondunda sədr dəyişib
    • Azərbaycan inkişaf etməkdə olan kiçik dövlətlərə dəstək üçün 5 milyon dollar ayırıb
    • Motivasiya illüziyası
    • Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb
    • Qlobal bazarlarda qarışıq mənzərə: neft bahalaşır, metallar ucuzlaşır
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında kəskin artım-tarixi maksimum yeniləndi

      07 Sentyabr 2026
      Recent

      Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında kəskin artım-tarixi maksimum yeniləndi

      07 Sentyabr 2026

      Dollar FED-in yaradılmasından bəri alıcılıq qabiliyyətinin 97%-ni itirib

      06 Sentyabr 2026

      Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüşüb

      03 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Qlobal bazarlarda qarışıq mənzərə: neft bahalaşır, metallar ucuzlaşır

      07 Sentyabr 2026

      ABŞ fond bazarında əsas indekslər geriləyib

      04 Sentyabr 2026

      Norveçin suveren sərvət fondu ABŞ dövlət istiqrazlarına yatırımlarını azaltmağı planlaşdırır

      04 Sentyabr 2026

      ABŞ-da dizelin qiyməti tarixi maksimuma çatıb

      04 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Qlobal bazarlarda qarışıq mənzərə: neft bahalaşır, metallar ucuzlaşır

      07 Sentyabr 2026

      ABŞ fond bazarında əsas indekslər geriləyib

      04 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Səkkiz ayda büdcəyə 12,6 milyard manat vergi daxil olub

      04 Sentyabr 2026
      Recent

      Səkkiz ayda büdcəyə 12,6 milyard manat vergi daxil olub

      04 Sentyabr 2026

      Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

      03 Sentyabr 2026

      Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

      02 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında kəskin artım-tarixi maksimum yeniləndi
    Bank

    Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında kəskin artım-tarixi maksimum yeniləndi

    07 Sentyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları 2026-cı ilin yanvar-avqust aylarında 3 milyard 833 milyon ABŞ dolları və ya 33,4% artaraq tarixi maksimuma -15 milyard 301 milyon ABŞ dollarına çatıb.

    AMB-nin məlumatına görə, təkcə avqust ayında valyuta ehtiyatları 1 milyard 533,4 milyon dollar və ya 11,14% artıb. Bununla da Mərkəzi Bankın ehtiyatları tarixdə ilk dəfə 15 milyard dollar həddini keçib. Əvvəlki yüksək göstəricilərdən biri 2014-cü ilin iyul ayının sonunda qeydə alınmış 15 milyard 191 milyon dollar səviyyəsi idi.

    Avqustda qeydə alınan 1 milyard 533,4 milyon dollarlıq artım eyni zamanda AMB-nin valyuta ehtiyatları üzrə indiyədək ən yüksək aylıq artım olub. İlin əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 11,47 milyard dollar təşkil edirdi.

    Ehtiyatların artım tempi son aylarda xüsusilə sürətlənib. Belə ki, iyunda valyuta ehtiyatları 445,2 milyon dollar, iyulda 610,3 milyon dollar artdığı halda, avqustda aylıq artım 1,53 milyard dolları ötüb. Bu göstərici iyul ayındakı artımdan təxminən 2,5 dəfə çoxdur.

    Mərkəzi Bank ehtiyatların kəskin artımını ölkənin tədiyə balansının cari əməliyyatlar hesabında profisitin davam etməsi və maliyyə sektorunda dedollarlaşma prosesinin güclənməsi fonunda valyuta bazarında təklifin tələbi üstələməsi ilə əlaqələndirib.

    AMB bildirir ki, yaranmış şəraitdə 2026-cı ilin avqust ayında valyuta bazarında 1,5 milyard ABŞ dolları məbləğində alış yönlü müdaxilə həyata keçirilib.

    Mərkəzi Bankın açıqlamasında qeyd olunur ki, valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin gələcəkdə bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən satışa yönəldilməsi istisna edilmir.

    “Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq”, — deyə AMB-nin məlumatında bildirilir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Dollar FED-in yaradılmasından bəri alıcılıq qabiliyyətinin 97%-ni itirib

    06 Sentyabr 2026

    Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüşüb

    03 Sentyabr 2026

    Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv etdi

    03 Sentyabr 2026

    Yaponiya Mərkəzi Bankı yenin məzənnəsini dəstəkləmək üçün bazara müdaxilə edib

    02 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.