Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 10-da Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
GDP xəbər verir ki, görüşdə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da iştirak edib.
Tərəflər Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və səmərəli tərəfdaşlıq əlaqələrini müzakirə ediblər. Birgə həyata keçirilmiş layihələrin Azərbaycanın sosial-iqtisadi inkişafına töhfəsi xüsusi vurğulanıb.
Müzakirələr zamanı dayanıqlı şəhər inkişafı, yaşıl enerji, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, su təchizatı və su ehtiyatlarının idarə olunması sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.
Görüşdə, həmçinin Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın gələcək inkişaf perspektivləri və yeni birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

