Səudiyyə Ərəbistanındakı neft kəmərinə hücumdan sonra dünya üzrə neft tədarükünün 4%-ə qədəri risk altına düşüb.
GDP xəbər verir ki,pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində Səudiyyə Ərəbistanının şərqindəki neft yataqlarını Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı ilə birləşdirən “Şərq–Qərb” neft kəmərində nəql müvəqqəti dayandırılıb.
Vəziyyəti gəmilərə hücumlar və Hörmüz boğazından keçidə tətbiq olunan məhdudiyyətlər daha da gərginləşdirir.
Baş verənlər fonunda neftin qiyməti iyul ayından bəri ilk dəfə bir barel üçün 100 dolları ötüb.

