Anthropic, OpenAI və SpaceX rəhbərliyinin süni intellekt texnologiyalarının inkişaf tempinin azaldılmasına dair çağırışları fonunda Sİ şirkətləri ilə əlaqəli səhmlər ucuzlaşıb.
GDP xəbər verir ki,şirkət rəhbərləri süni intellektin bəşəriyyət üçün ciddi təhlükə yarada, hətta insanlığın məhvinə səbəb ola biləcəyini bildiriblər. Bununla yanaşı, bazarda bu şirkətlərin maliyyələşdirmə ilə bağlı problemlərlə üzləşə biləcəyi barədə ehtimallar yaranıb.
OpenAI-da təxminən 13% paya sahib SoftBank-ın səhmləri 13% geriləyib, ABŞ-ın texnologiya sektorunu əks etdirən Nasdaq 100 indeksinin fyuçersləri isə 1,2% ucuzlaşıb.

