Close Menu
    What's Hot

    “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev: “Müştərilərimiz, bizneslər və ölkəmiz üçün daha çox dəyər yaradan layihələrin davamını görmək istəyirəm”

    14 Sentyabr 2026

    Bank sektorunda birləşmə və reputasiya riskləri: “Bank Respublika” – “AccessBank” sövdələşməsinin strateji kommunikasiya təhlili

    14 Sentyabr 2026

    2 yaşını qeyd edən yenilənmiş “mygov” platformasının istifadəçi sayı 4 milyona çatıb

    14 Sentyabr 2026
    Trending
    • “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev: “Müştərilərimiz, bizneslər və ölkəmiz üçün daha çox dəyər yaradan layihələrin davamını görmək istəyirəm”
    • Bank sektorunda birləşmə və reputasiya riskləri: “Bank Respublika” – “AccessBank” sövdələşməsinin strateji kommunikasiya təhlili
    • 2 yaşını qeyd edən yenilənmiş “mygov” platformasının istifadəçi sayı 4 milyona çatıb
    • Dünya üzrə neft tədarükünün 4%-ə yaxını risk altına düşüb- Reuters
    • Tesla yeni Roadster modelini 1 oktyabrda təqdim edəcək
    • Süni intellekt şirkətlərinin səhmləri ucuzlaşıb
    • Brent neftinin qiyməti 110 dollara qədər yüksəlib
    • Mərkəzi Bank yüksək faizlə kredit verən BOKT-lərin borclanma imkanlarını məhdudlaşdırır
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev: “Müştərilərimiz, bizneslər və ölkəmiz üçün daha çox dəyər yaradan layihələrin davamını görmək istəyirəm”

      14 Sentyabr 2026
      Recent

      “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev: “Müştərilərimiz, bizneslər və ölkəmiz üçün daha çox dəyər yaradan layihələrin davamını görmək istəyirəm”

      14 Sentyabr 2026

      Mərkəzi Bank yüksək faizlə kredit verən BOKT-lərin borclanma imkanlarını məhdudlaşdırır

      12 Sentyabr 2026

      Mərkəzi Bankda makroiqtisadi dayanıqlılıqla bağlı 15 strateji tədbirin icra vəziyyəti qiymətləndirilib

      11 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital” yeni idarəetmə modelinə keçir – rəhbər heyət gücləndirilib

      11 Sentyabr 2026

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Dünya üzrə neft tədarükünün 4%-ə yaxını risk altına düşüb- Reuters

      14 Sentyabr 2026

      Tesla yeni Roadster modelini 1 oktyabrda təqdim edəcək

      14 Sentyabr 2026

      Süni intellekt şirkətlərinin səhmləri ucuzlaşıb

      14 Sentyabr 2026

      Brent neftinin qiyməti 110 dollara qədər yüksəlib

      14 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Dünya üzrə neft tədarükünün 4%-ə yaxını risk altına düşüb- Reuters

      14 Sentyabr 2026

      Tesla yeni Roadster modelini 1 oktyabrda təqdim edəcək

      14 Sentyabr 2026

      Süni intellekt şirkətlərinin səhmləri ucuzlaşıb

      14 Sentyabr 2026

      Brent neftinin qiyməti 110 dollara qədər yüksəlib

      14 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      2 yaşını qeyd edən yenilənmiş “mygov” platformasının istifadəçi sayı 4 milyona çatıb

      14 Sentyabr 2026
      Recent

      2 yaşını qeyd edən yenilənmiş “mygov” platformasının istifadəçi sayı 4 milyona çatıb

      14 Sentyabr 2026

      Abşeron Logistika Mərkəzi Çin nəhəngi ilə birgə layihələri müzakirə edib

      11 Sentyabr 2026

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Bank sektorunda birləşmə və reputasiya riskləri: “Bank Respublika” – “AccessBank” sövdələşməsinin strateji kommunikasiya təhlili
    Bloq yazıları

    Bank sektorunda birləşmə və reputasiya riskləri: “Bank Respublika” – “AccessBank” sövdələşməsinin strateji kommunikasiya təhlili

    14 Sentyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanın maliyyə-bank sektorunda dinamika hər keçən gün artır. Son dövrlərdə yerli bazarda baş verən ən irimiqyaslı və diqqətçəkən M&A (Mergers and Acquisitions – Birləşmə və Udulma) hadisələrindən biri “Bank Respublika”nın “AccessBank”ı satın alması xəbəri oldu. Bu addım təkcə iki böyük bankın aktivlərinin və xidmət şəbəkələrinin birləşməsi deyil, eyni zamanda ölkənin maliyyə xəritəsini yenidən cızan strategiyanın təzahürüdür.

    Lakin iri korporativ birləşmələr baş verərkən diqqət adətən maliyyə göstəricilərinə, hüquqi prosedurlara, kapitala və digər aktivlərin qiymətləndirilməsinə yönəlir. Birləşmələrin pərdəarxasında duran, lakin prosesin taleyini birbaşa müəyyən edən mühüm bir faktor var: Strateji kommunikasiya və reputasiya idarəetməsi.

    Təcrübəmə və beynəlxalq M&A praktikasına söykənərək rahatlıqla təkrar edə bilərəm ki, şirkətlərin birləşmələrini maliyyəçilər və hüquqşünaslar bağlayır, lakin yaradılan yeni “div”in gələcək dəyərini və bazar etimadını strateji kommunikasiya bərkidir. İki fərqli korporativ mədəniyyətin, fərqli müştəri psixologiyasının və iki fərqli brend kimliyinin birləşməsi düzgün idarə olunmadıqda ciddi böhran riskləri yaradır.

     

    Çoxşaxəli auditoriya üzrə kommunikasiya bölgüsü

    “Bank Respublika” və “AccessBank” sövdələşməsi kimi iri proseslərdə vahid və standart bir press-relizlə kifayətlənmək ciddi xətadır. Birləşmə xəbəri fərqli maraq sahiblərinə (stakeholders) onların gözləntilərinə və həssaslıqlarına uyğun şəkildə çatdırılmalıdır:

     

    1. Əmanətçilər və fərdi (retail) müştərilər:

    Sıravi vətəndaş və depozit sahibi üçün ən vacib iki nüans var: “Mənim pulum təhlükəsiz yerdədirmi?” və “Mənə xidmət edən filial/tətbiq dəyişəcəkmi?”. Bu auditoriya üçün kommunikasiya birbaşa etimad, sabitlik və güc mesajları üzərində qurulmalıdır. Mütləq şəkildə vurğulanmalıdır ki, bu birləşmə bankın kapitallaşmasını artırır, onu daha dözümlü edir və müştərilərin vəsaitlərinin təhlükəsizliyini daha da artırır.

     

    2. KOB və mikro-biznes müştəriləri:

    “AccessBank” uzun illərdir Azərbaycanda mikro, kiçik və orta biznesin (KOB) maliyyələşdirilməsində xüsusi paya və spesifik təcrübəyə malik olub. Bu müştəri kontingenti özəl yanaşmaya vərdiş edib. Əgər kommunikasiya doğru qurulmazsa, mikro-biznes sahibləri “Bank Respublika”nın iri korporativ strukturunda diqqətdən kənarda qalacaqlarını düşünərək rəqib banklara üz tuta bilərlər. Bu riskin qarşısını almaq üçün mesaj aydın olmalıdır: “AccessBank”ın KOB sektorundakı güclü təcrübəsi qorunur, kreditləşmə şərtləri daha böyük resurslarla dəstəklənir və imkanlar daha da genişlənir.

     

    3. Əməkdaşlar və korporativ mədəniyyət (daxili kommunikasiya):

    Birləşmələrdə ən böyük krizislərdən biri daxildən yayılır. Hər iki bankın yüzlərlə əməkdaşı var. Satınalma xəbəri yayılan an daxili komandada “ixtisarlar olacaq”, “vəzifəmizi itirəcəyik”, “rəhbərlik dəyişir” kimi kütləvi təşviş yaranır. Motivasiyasını itirmiş əməkdaş müştəriyə keyfiyyətli xidmət göstərə bilmir. Buna görə də daxili kommunikasiya (internal PR) proaktiv olmalı, komandaya kadrların dəyərləndirilməsi, sinerji imkanları və yeni karyera fürsətləri barədə şəffaf məlumat verilməlidir.

     

    4. İnvestorlar, requlyator (Mərkəzi Bank) və B2B tərəfdaşlar:

    Bu tərəf üçün əsas prioritet bazar dayanıqlılığı və hüquqi uyğunluqdur. Kommunikasiya “Bank Respublika”nın artıq sistem əhəmiyyətli bir instituta çevrildiyini, bazar payının böyüdüyünü və risklərin diversifikasiya olunduğunu nümayiş etdirməlidir.

     

    Birləşmə prosesində yaranan risklər və böhran qığılcımları

    Böyük M&A prosesləri sakit baş vermir. Keçid dövründə 3 əsas kommunikasiya riski meydana çıxır:

    İnformasiya vakuumu və şayiələr: Rəsmi mənbələr susduqda və ya informasiyanı ləngitdikdə boşluğu şayiələr doldurur. Sosial mediada və ya bazarda “bankların maliyyə problemi var”, “lisenziya məsələsi var” kimi saxta xəbərlərin yayılması an məsələsidir.

     

    Rəqiblərin “hücum PR-I” və “Kadr ovu”: Keçid dövrünün qeyri-müəyyənliyindən istifadə edən rəqib banklar “AccessBank”ın keyfiyyətli portfelini və təcrübəli kadrlarını öz tərəflərinə çəkmək üçün aqressiv kampaniyalara başlaya bilərlər.

     

    Brendlərin konsolidasiyası çaşqınlığı: Filialların birləşdirilməsi, mobil tətbiqlərin inteqrasiyası və xidmət tariflərinin eyniləşdirilməsi zamanı texniki axsamalar baş verərsə, bu, dərhal sosial şəbəkələrdə kütləvi müştəri narazılığına və mediada neqativ xəbərlərə çevrilə bilər.

     

    Strateji yol xəritəsi: Reputasiya zirehi necə qurulmalıdır?

    Sövdələşmənin uğurla tamamlanması və yeni yaranan strukturun bazarda dominantlığını bərqərar etməsi üçün aşağıdakı adımların atılması həyati əhəmiyyət kəsb edir:

    Aydındır ki, ilk növbədə vahid PR və böhran qərargahı yaradılmalıdır. Birləşmə prosesi bitənədək hər iki bankın kommunikasiya komandaları tək mərkəzdən idarə olunmalı, ziddiyyətli bəyanatların qarşısı alınmalıdır. Yalnız öncədən təlimatlandırılmış vahid sözçü (spokesperson) çıxış etməlidir.

    İkinci vacib məqam “Omnichannel” məlumatlandırmadır. SMS, mobil tətbiq bildirişləri, rəsmi saytlar, sosial şəbəkələr və media vasitəsilə müştərilərə hər bir dəyişiklik operativ, sadə və aydın dildə izah edilməlidir. İnsanlar naməlum situasiyalardan qorxurlar; hər addım şəffaf izah olunduqda narahatlıq aradan qalxır.

     

    Yekun: M&A uğuru insanların inamında tamamlanır

    Nəticə etibarilə, “Bank Respublika”nın “AccessBank”ı satın alması Azərbaycan bank sektoru üçün tarixi bir mərhələdir. Bu birləşmə doğru idarə olunduqda “Bank Respublika”ya yalnız əlavə aktivlər, filiallar, müştərilər qazandırmayacaq, həm də onu ölkənin ən etibarlı və böyük finans nəhənglərindən birinə çevirəcəkdir.

    Lakin unutmaq olmaz ki, maliyyə müqavilələri kağız üzərində imzalansa da, birləşmənin real uğuru insan şüurunda – müştərilərin və əməkdaşların inamında tamamlanır. İri holdinqlər və banklar üçün bu cür transformasiya proseslərində peşəkar strateji kommunikasiya dəstəyi almaq, biznesin davamlılığına və milyardlıq brend dəyərinə yatırılan ən mühüm sığortadır.

    Müəllif: Vüqar Baba /Strateji Kommunikasiya eksperti, “Viva” kommunikasiya agentliyinin təsisçisi

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    ABŞ-da baza inflyasiya proqnozu üstələdi – FED-in faiz artımı ehtimalı 90%-ə çatdı

    11 Sentyabr 2026

    Neftin qiyməti 100 ABŞ dollarını keçəndə: arxada nə dayanır, bundan sonra nə olacaq?-Tamerlan Bayramov yazır

    11 Sentyabr 2026

    Mərkəzi Bank niyə bazardan dollar alır?

    11 Sentyabr 2026

     BofA: Yaxın Şərqdə münaqişə davam edərsə, Brent nefti 95–120 ABŞ dolları diapazonuna yüksələ bilər

    08 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.