Türkiyənin Borsa İstanbul birjasında maliyyə piramidasını xatırladan iri investisiya sxeminin çökdüyü bildirilir.
GDPxəbər verir ki, Tera Portföy və Pusula Portföy investorların vəsaitlərini özləri ilə əlaqəli şirkətlərin səhmlərinə yönəldərək fondların gəlirlilik göstəricilərini süni şəkildə minlərlə faiz artırıblar. Hətta fondlardan birinin aktivlərinin 99%-i əlaqəli şirkətlərdən birinin səhmlərindən ibarət olub.
Vəziyyət Türkiyənin kapital bazarına nəzarət edən SPK-nın yeni qaydalar tətbiq etməsindən sonra kəskin dəyişib. Pusula fondlarından təxminən 133 milyard lirə vəsait çıxarılıb və şirkət investorların pullarını geri qaytarmaqda çətinliklə üzləşib. Tera isə ümumi dəyəri 7,5 milyard dollar olan iki fond üzrə öhdəliklərini yerinə yetirə bilmədiyini açıqlayıb, daha altı fond üzrə ödənişləri təxirə salıb.
BIST 100 indeksinin 7,7% geriləməsi fonunda tənzimləyici qurumlar təcili iclas keçiriblər. Katılımevim, Gündoğdu Gıda və Destek Finans Faktoring şirkətlərinin səhmləri ilə manipulyasiya şübhəsi üzrə 38 nəfər barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib.
Bundan başqa, Tera, Pusula, Hedef, Atlas, A1, Pardus və Bulls olmaqla yeddi aktivlərin idarə edilməsi şirkətinin fondlarındakı vəsaitlər məcburi likvidasiya məqsədilə TEFAS platformasında dondurulub.

