ABŞ-da neft ehtiyatlarının gözlənilmədən artmasına baxmayaraq, çərşənbə günü axşam saatlarında neftin qiyməti nəzərəçarpacaq dərəcədə yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 18:20-yə olan məlumata görə, əvvəlki ticarət sessiyasının bağlanışı ilə müqayisədə 2,39 dollar (2,41%) artaraq bir barel üçün 101,64 dollar təşkil edib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti isə həmin vaxta 1,08 dollar (1,19%) artaraq bir barel üçün 91,60 dollara yüksəlib.

