Azərbaycanda 2026-cı ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib.
GDP xəbır verir ki, Mərkəzi Bankın məlumatına görə, bu tendensiya valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində müşahidə olunub.
Cari ilin ilk 8 ayında mübadilə məntəqələri tərəfindən müştərilərdən alınan nağd xarici valyutanın həcmi satılan xarici valyutanın həcmini 673 milyon ABŞ dolları üstələyib.
Eyni zamanda, əhalinin əmanətlərinin dollarlaşma səviyyəsində azalma davam edib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ay ərzində 3,7 faiz bəndi azalaraq 2026-cı ilin iyulunda 25,8%-ə enib.
Valyuta bazarında tələbin kəskin azalması və təklifin artması fonunda Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib.
Nəticədə 2026-cı ilin ilk 8 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 32,9% artaraq 15,3 milyard ABŞ dollarına çatıb.
Bildirilib ki, 15,3 milyard dollarlıq göstərici Mərkəzi Bankın valyuta ehtiyatlarının indiyədək qeydə alınmış ən yüksək səviyyəsidir.

