Azərbaycanın bank sektorunda struktur likvidlik profisiti əhəmiyyətli dərəcədə artıb.
GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2026-cı ilin sentyabr ayının sonuna bank sektorunun struktur likvidlik profisiti 6,2 milyard manat təşkil edib.
Bu göstərici 2025-ci ilin dekabr ayı ilə müqayisədə 2,2 dəfə artıb.
Hesablamalara əsasən, ötən ilin sonunda struktur likvidlik profisiti təxminən 2,82 milyard manat olub. Beləliklə, doqquz ay ərzində göstərici təxminən 3,38 milyard manat və ya 120% artıb.
Qeyd edək ki, bu göstərici məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan hesablanır.
Bank sektorunda izafi likvidliyin artması fonunda təminatsız pul bazarında faiz dərəcələri müəyyən qədər azalma meyili nümayiş etdirib.
Bank sektorunda izafi likvidliyin artması fonunda təminatsız pul bazarında faiz dərəcələri müəyyən qədər azalma meyili nümayiş etdirib.
Belə ki, AZIR dərəcəsinin orta günlük göstəricisi avqust ayında 6,31%, sentyabrda 5,93%, oktyabrın ötən dövründə isə 5,99% təşkil edib.
Sentyabrda AZIR dərəcəsi avqustla müqayisədə 0,38 faiz bəndi azalıb, oktyabrın ötən dövründə isə sentyabr göstəricisindən 0,06 faiz bəndi yüksək olub.
Mərkəzi Bank likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir.
Sentyabrın sonuna bu əməliyyatların açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelində payı 66,4% təşkil edib.

