Mərkəzi Bankın sədr müavini Əliyar Məmmədyarovun Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib. “GDP” Mərkəzi Banka istinadən xəbər verir ki, görüş zamanı kapital bazarının cari ilin birinci rübü üzrə nəticələri və sektorun inkişaf perspektivləri müzakirə edilib.
Bildirilib ki, görüşdə ölkədə makroiqtisadi vəziyyət və kapital bazarının inkişafı üzrə cari dövrdə görülmüş işlərə dair təqdimat nümayiş olunub. Həmçinin bu sektorda investorların və emitentlərin bazara çıxış imkanlarının genişləndirilməsi, rəqəmsal ticarət həllərinin müştərilərə təqdim edilməsinin təşviqi və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.