Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 44,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Daha əvvəlki hərrac 14 may 2024-cü il tarixində keçirilmişdi. Hərracda tələb 107,1 mln. ABŞ dolları olub.