Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsini təşkil edən Astara terminalı istifadəyə verilib.
GDP xəbər verir ki, Şimal-Cənub dəhlizi ilə yüklərin daşınmasının sürətləndirilməsi məqsədilə Azərbaycanın Astara rayonu ərazisində yerləşən yük anbarının yenidən qurulması işləri uğurla başa çatdırılıb və Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi tərəfindən bu ərazidə gömrük nəzarəti təşkil edilib.
Terminalın əsas üstünlüklərindən biri də qəbul edilmiş yüklərin daşınması və yenidən yüklənməsi üçün yük sahibləri üçün güzəştli tariflərdən istifadə edilməsidir.
İlkin hesablamalara görə, Astara terminalının istifadəyə verilməsi bu ilin sonuna kimi Şimal-Cənub marşrutu üzrə tranzit daşımaların həcmini 10-15% artıracaq.