SOCAR-ın 2023-cü ildə Petkim kompleksinin fəaliyyətinin optimallaşdırılmasına sərmayələri təqribən 100 milyon dollar təşkil edib.
GDP xəbər verir ki, SOCAR-ın 2023-cü ildə Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına yatırdığı investisiyalar 3,2 milyard türk lirəsi (indiki məzənnə ilə 99,2 milyon dollar) olub.
“Petkim Petrokimya Holding”in 2023-cü ildə fəaliyyətinin yekunlarına dair illik hesabatında verilən məlumatda bildirilir ki, 2022-ci ildə kompleksin inkişafına qoyulan investisiyaların 4 milyard 108 milyon türk lirəsi təşkil etdiyini nəzərə alsaq, ötən ilin yekunlarına görə onların həcmi 22,1% azalıb.
Hesabata görə, 2023-cü ildə “Petkim”in istehsal həcmi 2,3 milyon ton (artım 4,5%) təşkil edib. Hesabat dövründə holdinq 1,88 milyon ton neft-kimya məhsulları satıb (azalma 2,6%). “Petkim”in Türkiyə neft-kimya bazarındakı payı ötən il 12% təşkil edib. Kompleksin istehsal gücündən istifadə əmsalı 2022-ci ildəki 63,9 faizə qarşı 2023-cü ildə 66,1 faiz təşkil edib.
SOCAR Turkey Enerji (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) Petkim Petrokimya Holding neft-kimya kompleksində nəzarət səhm paketinin 51%-inin sahibidir.
Qeyd edək ki, SOCAR-ın “Petkim” kompleksinin inkişafına illik sərmayəsi təxminən 100 milyon dollardır.
Trending
- Bakı Fond Birjasında korporativ qiymətli kağızlar və ilkin bazar əməliyyatlarında kəskin azalma-TƏHLİL
- Nvidia yenidən dünyanın ən dəyərli şirkəti olub
- Trump öz kripto-pulqabını və kripto-ticarət tətbiqini buraxmağı planlaşdırır
- Neft Fondunun rəsmisi İstanbulda Mərkəzi və Şərqi Avropa bazarları mövzusunda çıxış edib
- Taleh Kazımov: Asiya İnkişaf Bankı ilə yeni layihələrin həyata keçirilməsi istiqamətində addımlar atılacaq
- Dollar üçillik minimuma endi, ABŞ istiqrazları ucuzlaşdı
- Mərkəzi Bankın sədri Taleh Kazımov Mastercard nümayəndə heyəti ilə görüşüb
- Umico-nun adını dəyişərək “BirMarket” olması gözlənilir