IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (4SİM) San-Fransiskoda IV Sənaye İnqilabı Mərkəzləri şəbəkəsi üçün qlobal texnologiya forumunda iştirak edir.
GDP xəbər verir ki, tədbirdə 110 məruzəçi çıxış edəcək.
Bu il forumda 219 təşkilatdan 300-ə yaxın ekspert iştirak edir. Forumun əsas məqsədi texnoloji innovasiyalar vasitəsilə inklüziv iqtisadiyyatlara və cəmiyyətlərə töhfə verməkdir.
4SIM-in icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumunun (WEF) Enerji və Materiallar Mərkəzinin təşkil etdiyi Yeni Enerji Balansı sessiyasında məruzəçi kimi çıxış edəcək. O, həmçinin üzvü olduğu AI Governance Alliance platformasının iclasında iştirak edəcək.
Səfər zamanı Silikon Vadisi və Stenford Universiteti ilə əməkdaşlıq çərçivəsində görüşlər nəzərdə tutulub.
Trending
- “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib
- Brent neftinin qiyməti 97 dollara düşüb
- Gümüşün qiyməti 61 dolları ötüb
- PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
- Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək
- ABŞ və Çin ümumilikdə 60 milyard dollar dəyərində mallara tətbiq olunan gömrük rüsumlarını azaldacaq
- Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir
- Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

