Close Menu
    What's Hot

    AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

    06 Avqust 2026

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026
    Trending
    • AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026
      Recent

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Mərkəzi Bankdan həyat sığortası və fiziki şəxslərə kredit verilməsi ilə bağlı YENİLİK
    Bank

    Mərkəzi Bankdan həyat sığortası və fiziki şəxslərə kredit verilməsi ilə bağlı YENİLİK

    31 May 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanda banklar və bank olmayan kredit təşkilatlarının fiziki şəxslərə verdiyi kreditlərin davamlı artımı kredit götürən fiziki şəxslərin həyat sığortası ilə müdafiəsinin gücləndirilməsini zəruri edib.

    GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) həyat sığortası ilə bağlı son qərarlarını şərh edərkən bəyan edib.

    Açıqlamada deyilir ki, qurum kredit təşkilatları tərəfindən istehlak kreditləri üzrə xidmət olunan fiziki şəxslərin ödəmə qabiliyyəti və onların həyat risklərinə qarşı müdafiəsi məsələlərinə xüsusi həssaslıqla yanaşıb. Bu sahədə tənzimləmə çərçivəsinin inkişafı və nəzarətin gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

    İstehlak kreditləri üzrə borcluların həyat risklərinin sığorta mexanizmləri ilə müdafiəsinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq AMB-nin təşəbbüsü ilə cari ilin əvvəlində “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) və “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliklərinin birgə fəaliyyəti təşkil olunub. Beləliklə də, sözügedən sahə ilə bağlı yeni şərtlər formalaşdırılaraq mövcud tənzimləmə çərçivəsi üzrə təkliflər irəli sürülüb və AMB ilə geniş müzakirələr aparılıb.

    Bu fəaliyyətin yekunu olaraq AMB-nin İdarə Heyətinin 16.05.2024-cü il tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edilib.

    Yeni qaydalara əsasən sığorta müqavilələri üzrə sığorta təminatının müddəti kreditin qalan müddətinə bərabər olmalıdır. Sığorta məbləği isə sabit və ya azalan olmasından asılı olmayaraq, minimum borcalanın kredit təşkilatı qarşısında olan faktiki borc məbləği həddində, maksimum isə tərəflərin qarşılıqlı razılığı ilə həmin borc məbləğinin 110 %-i qədər müəyyənləşdirilməlidir. Bu, borcalanın kredit təşkilatı qarşısında olan kreditin ödəniş qrafikinə uyğun faktiki borc, sığorta hadisəsindən sonra yarana biləcək əlavə faiz və ya dəbbə pulu kimi öhdəliklərinin bağlanmasını təmin edəcək.

    Həmçinin yeni qaydanın tətbiqi ilə istehlak krediti götürən şəxslər üçün bir sıra tənzimləyici yumşalmalar müəyyən edilib. Belə ki, bu yumşalmalar istehlak kreditinin həcmindən asılı olaraq sığortalanmanın operativliyini təmin etmək, o cümlədən bankdaxili kredit verilməsi üzrə prosedurların əlavə vaxt itkisinə səbəb olmasının qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, borcalan tərəfindən sığortalanma haqqında ərizə olmadan sığorta müqaviləsinin bağlanması imkanı da yaradılıb.

    Qaydalarda əksini tapan digər mühüm dəyişikliklər isə əlilliyi olan şəxslərin sığorta müqaviləsi bağlamaları ilə bağlı meydana çıxan maneələrin aradan qaldırılması və onların kredit müqavilələrinə əlçatanlığının təmin edilməsi olub. Əlilliyə və ya mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulması faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub.

    Qaydalara gətirilmiş yeni tələblərdən biri də sığorta şirkətlərinə qarşı borcalanla bağlanmış sığorta müqaviləsinin mövcudluğunu borcalan və ya onun yaxınlarının yoxlamasına imkan verən elektron sistemin qurulması tələbidir. Bu tələb sığortalanmanın mövcudluğunun asanlıqla müəyyən edilməsinə və daha operativ qaydada sığorta hadisəsinin tənzimlənməsinə xidmət edir.

    Banklarda kredit risklərinin idarə edilməsinə dair mövcud qaydaya gətirilmiş yeni tələblərdən biri isə bank müştərilərinə istehlak kreditlərini təqdim etdiyi zaman ona paralel olaraq borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir. Yeni tələbə əsasən banklar tərəfindən müştərilərə müvafiq sığorta təminatını könüllü qaydada alması ilə bağlı ərizə forması təqdim ediləcək. Müvafiq ərizə formasına əsasən müştəri həyat sığortası üzrə lisenziyası olan sığortaçılardan birinin xidmətini sərbəst qaydada seçə biləcək.

    AMB-nin təsdiqlədiyi yeni qaydalar istehlak krediti götürən şəxslərin həyat risklərinə qarşı müdafiəsinin gücləndirilməsinə, kreditləşmə və sığortalama sahəsində istehlakçılarla banklar və sığortaçılar arasında mübahisələrin azaldılmasına, istehlakçıların bu sahədə hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

    06 Avqust 2026

    BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

    05 Avqust 2026

    Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

    05 Avqust 2026

    Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib

    05 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.