Mərkəzi Bankın sədri Taleh Kazımov Culian Çonun rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) missiyası ilə görüşüb.
“GDP” xəbər verir ki, FSAP missiyasının nəticələri görüşün əsas müzakirə mövzusu olub.
Həmçinin proqram çərçivəsində maliyyə sektorunun dayanıqlılığının artırılmasını hədəfləyən yeni istiqamətlərin müəyyən olunması ətrafında fikir mübadiləsi aparılıb.