Brent markalı neftin bir barreli 78,91 dollara yüksəlib
GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçersləri Bakı vaxtı ilə saat 17:34-ə olan vəziyyətə görə 0,5 dollar və ya 0,64% artaraq 78,91 dollar/barelə çatıb.
Nyu-York əmtəə birjasında iyul ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,5 dollar 0,68% artaraq 74,57 dollar/barel təşkil edib.