2024-cü ilin yanvar-may ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,3 milyard manata yaxın olub.
GDP xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb.
Bildirilir: “Bu mənbədən daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,0% və ya 227,1 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,9% artaraq 1,5 milyard manatdan çox olub.”