2024-cü ilin ilk rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər açıqlanıb.
GDP-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildilir ki, 2024-cü ilin ilk rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər bankların maliyyələşmə dəyəri, likvidlik mövqeyi, bankın risk iştahası və iri kreditorlarının maliyyə vəziyyətinə dair risklər olub.
Sorğunun nəticələrində qeyd olunur: “Biznes kreditləri üzrə standartlara yumşaldıcı təsir edən faktorlar isə digər banklarla rəqabət, ümumi iqtisadi gözləntilər və uçot faiz dərəcəsinə dair gözləntilər olub”