Bu ilin I rübündə Azərbaycan hökuməti 900 milyon ABŞ dolları (ümumi həcmin 39,35 %-i) dəyərində qiymətli kağızları (avrobondlar) geri alıb.
GDP xəbər verir ki, bunu “Tədiyə balansının açıqlamasına dair brifinq”də Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentinin rəhbəri Samir Nəsirov deyib.
O bildirib: “Bu göstərilən məbləğdə olan qiymətli kağızların vaxtının bitməsi ilə əlaqədardır və ölkənin xarici borcunun azalmasına xidmət edən amillərdən biridir.”