Mərkəzi Bank Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan mərkəzi banklarının nümayəndələrini regional tədbir ətrafında toplayıb.
GDP xəbər verir ki, 13-14 iyun tarixlərində baş tutan tədbirin əsas məqsədi mərkəzi bankların ödəniş sahəsi üzrə ekspertləri arasında təcrübə mübadiləsinin və qlobal ödəniş trendlərinə dair müzakirələrin keçirilməsi olub.
Həmçinin tədbir zamanı rəqəmsal valyutaların tətbiqi imkanları, ani ödəniş sistemlərindən istifadənin artırılması, açıq bankçılıq modelinin fintexlərin inkişafında rolu, maliyyə sektorunda müasir tənzimləmə texnologiyalarının tətbiqi və mərkəzi banklar arasında kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin genişləndirilməsi kimi mühüm məsələlərə dair fikirlər səsləndirilib.