Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə növbəti dəfə görüşərək məhsuldar müzakirələr apardıq.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov sosial şəbəkə hesabında yazıb.
Mərkəzi Bank səri bildirib: “Görüş zamanı DB ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə icra olunan və perspektivdə duran layihələr və təşəbbüslərdən danışdıq. Həmçinin DB-nin Azərbaycanda həyata keçirilən islahatlara öz müsbət töhfəsini verəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlıq prosesi ilə bağlı gündəmdə olan mühüm məsələləri müzakirə etdik.”