Xarici Kütləvi İnformasiya Vasitələrində (KİV) ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozan və Rusiya neftini daşıyan ölkələrin siyahısı yayımlanıb.
GDP xəbər verir ki, həmin siyahıda Azərbaycanın da adı var. İddiaya görə ölkəmiz 3 tanker yəni 326, 211 ton Rusiya neftini daşıyaraq sanksiyaları pozub.
Xarici KİV də yayımlanan Rusiyaya qarşı sanksiyaları pozduğu iddia edilən ölkələrin siyahısını təqdim edirik.
Ölkə | Tanker sayı | ton neft | Faiz
Yunanıstan | 29 | 3 456 555 | 30,55%
BƏƏ-Rusiya | 17 | 1 880 378 | 16,62%
FOC ölkələri | 12 | 1 314 366 | 11,62%
Çin | 11 | 1 255 920 | 11,10%
Hindistan | 7 | 819 630 | 7,24%
Vyetnam | 6 | 654 290 | 5,78%
Türkiyə | 6 | 611 771 | 5,41%
Moldova | 5 | 536 535 | 4,74%
Azərbaycan | 3 | 326 211 | 2,88%
Qazaxıstan | 2 | 232 902 | 2,06%
Sinqapur | 1 | 113 226 | 1,00%
Küveyt | 1 | 112 147 | 0,99%