RussNeft şirkəti 2000-ci illərin əvvəllərindən bəri sahib olduğu Azərbaycandakı istehsal aktivlərindən çıxıb.
GDP xəbər verir ki, 2015-ci ildə GEA (RussNeft-in ölkədəki aktivi) Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət idi.
Qərarın səbəbləri açıqlanmır, lakin şirkət uzun müddətdir ki, bütün xarici aktivlərindən çıxıb və bütün diqqətini Rusiya daxilində işə cəmləyib.Belə ki, 2018-ci ilə qədər “Russneft” də “Slavneftexim” QSC vasitəsilə Belarusda fəaliyyət göstərib. Lakin sonra şirkət bu müəssisəni 1,8 milyon dollara satıb.