Mənzil İnşaatı Dövlət Agentliyi Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır.
GDP xəbər verir ki, bu barədə agentlikdən bildirilib.
Qeyd olunub ki, yeni yaşayış kompleksi Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində, 5,83 ha torpaq sahəsində inşa ediləcək.
Agentlik artıq yeni yaşayış kompleksinin tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması ilə bağlı hazırlıqlara başlayıb.