Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucovun rəhbərliyi ilə nümayəndə heyəti “Visa” təşkilatının MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş ilə görüşüb.
GDP xəbər verir ki, görüş çərçivəsində ictimai nəqliyyatda nağdsız ödənişlərin genişləndirilməsi, ağıllı şəhər və ağıllı kənd konsepsiyasının tətbiqi, eləcə də rəqəmsal ödənişlər üzrə dələduzluq hallarının qarşısının alınması kimi məsələlər müzakirə olunub.
Görüşdə həmçinin qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilən və perspektivdə olan təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Trending
- Qlobal bazarlarda qarışıq dinamika: Neft bahalaşır, Bitcoin ucuzlaşır
- Dünyada LNG qıtlığı:Avropada qaz ehtiyatları rekord minimuma enib
- Maykl Börri fond bazarında mümkün çöküş barədə yenidən xəbərdarlıq edib
- Hakerlər Danimarka sakinlərinin məlumatlarının yer aldığı bazanı ələ keçiriblər
- Mikayıl Cabbarov: Böyük Britaniya ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etdik
- SpaceX-in səhmləri 2 ticarət sessiyasında 15%-dən çox bahalaşıb
- S&P 500 tarixi maksimumunu yeniləyib
- Rabitəbankın ipoteka portfeli 200 milyon manatı ötüb

